“Neftçi” ilə müqaviləmi birtərəfli şəkildə ləğv etdim”

Sayta qoyulub: 12:30 20.03.2012 (275 dəfə oxunub)

“Qarabağ” və “Neftçi” klubunun məşqçisi Mehmet Akın Türkiyənin 3-cü liqasında mübarizə aparan “Ankara Dəmirspor”la müqavilə bağladığını xəbər vermişdik. Belə ki, Böyükağa Hacıyevin gəlişindən sonra “Neftçi”nin əsas heyətindən uzaqlaşdırılan Ak martın 15-dən etibarən Ankarada yeni işinin icrasına başlayıb.


Düzdür, “Neftçi”dən uzaqlaşdıqdan sonra məşqçi ilə klub arasında müəyyən problemlər yaşandı. Hətta Ak 2013-cü ilə qədər müqaviləsinin qüvvədə olduğunu əsas gətirib, FİFA-ya da şikayət etdi. Amma bu şikayətlərin nəticəsi məlum olmadı.


Görəsən qanunla 1,5 il də “Neftçi”yə məxsus olan Akın Ankara təmsilçisinə keçidi necə alınıb: “Mən artıq “Neftçi” dəftərini bağlamışam. Verdikləri sözü tutmadıqlarına görə, müqaviləni birtərəfli şəkildə ləğv etdim” - , deyə Ak məsələyə münasibət bildirdi.

Qeyd edək ki, türkiyəli mütəxəssis “Qarabağ”la kuboku, “Neftçi” ilə çempionluğu qazanan heyətdə yer alıb.

XƏBƏR LENTİ