Elşod Rəsulov “Baku Fires”də

Sayta qoyulub: 13:09 25.09.2012 (268 dəfə oxunub)

 

İsvçrənin Lozanna şəhərində WSB liqasının 2012/2013-cü illər mövsümü üçün  boksçuların draftı keçirilib. Komandalar təklif olunan boksçulardan 27-i heyətə cəlb ediblər. Onlardan biri son Olimpiya oyunlarının bürünc mükafatçısı (irlandiyalı Maykl Konlan), dördü isə London-2012-də ¼ finala vəsiqə qazananlardır. Draftda heyətini ən çox gücləndirən komandalar “Astana Arlans” və “Mexico Guerreros”dur. Bu klubların hərəsi 5 yeni boksçu ilə anlaşıb.  “Baku Fires” draftda iki yeni boksçu ilə güclənib. Özbəkistanlı Elşod Rəsulov 2012/2013-cü illər mövsümündə 85 kq çəki dərcəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edəcək. 2009-cu ildə Milanda keçirilən dünya çempionatının bürünc mükafatçısı olan Rəsulov London Olimpiadasında ¼ finalda mübarizəni dayandırıb. Özbəkistanın tanınmış atletlərindən olan boksçu son Olimpiadanın açılış mərasimində ölkəsinin bayragını aparıb. Komandamızın anlaşdığı digər idmançı isə Cənubi Afrika Respublikasından olan Siphive Lusizidir. Afrika oyunlarının bürünc mükafatçısı olan Lusizi Londonda 1/8 finalda uduzub. O, 73 kq çəki dərəcəsində döyüşəcək. Olimpiya oyunlarında milli komandamızın şərəfini qorumuş Məhəmməd Abdulhəmidov yeni mövsümdən Polşanın “Hussars Poland” klubunun heyətində çıxış edəcək. Abdulqadir Abdullayev isə “Milano Thunder”lə müqavilə bağlayacaq. <o:p></o:p>

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ