Taekvandoçularımızdan 7 medal

Sayta qoyulub: 19:52 20.03.2012 (226 dəfə oxunub)

 

Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında (Dutch Open) uğurla çıxış ediblər.

Azərbaycan Taekvondo Federasiyası (ATF) mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız gənclər və böyüklər arasında "A" kateqoriyalı yarışda 1 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar.

Turnirin qalibi İlkin Şahbazovdan (74kq) başqa, böyüklər arasında Samir Aydınov (54 kq) bürünc mükafat qazanıb. Gənclərin yarışında Məcid Sofiyev (45 kq), Ayxan Tağızadə (55 kq) və Pərvin Əliyev (59 kq) ikinci yeri tutublar. Bürünc medalları isə Elmar Bədəlli (48 kq) və Ruslan Abbasov (51 kq) əldə edib.

Eyndhovendəki mötəbər yarış aprelin əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində gənclərin dünya çempionatına və mayın ilk günlərində İngiltərənin Mançester şəhərində böyüklərin Avropa çempionatına hazırlıq baxımından da önəmli olub.

Olimpiya seçməsinin üzvləri isə 24-25 mart tarixlərində İspaniyanın Alikante şəhərində açıq çempionatda (Spanish Open) iştirak edəcəklər.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ