Çempionlar Liqası Lissabonda, Avroliqa Turində

Sayta qoyulub: 21:29 20.03.2012 (444 dəfə oxunub)

Bu gün UEFA-nın İstanbulda keçirilən növbəti konqresində 2013/14 mövsümündə Çempionlar Liqası və Avroliqanın final oyunlarının keçiriləcəyi stadionlar açıqlanıb. Belə ki, 2014-cü ildə Avropanın ən nüfuzlu klub turnirinin finalı Lissabonun "De Luj" stadionunda keçiriləcək. Avroliqanın final qarşılaşması isəTurində "Yuventus" klubunun inşa etdiyi yeni arenada olacaq.

XƏBƏR LENTİ