Devis kubokunun finalı Praqada keçiriləcək.

Sayta qoyulub: 19:50 02.10.2012 (115 dəfə oxunub)

Beynəlxalq Tennis Federasiyası (ITF) Devis Kubokunun final matçının Praqda keçiriləcəyini bildirib.Bu barədə turnirin  rəsmi saytı məlumat verib.Qarşılaşma Praqanın O2 arenasında keçiriləcək.Arena 13 000 azarkeş tutumuna malidir.Bu arenada Çexlər 1/4 finalda Serbiyanı məğlub etmişdilər.Xatırladaq ki,finalda Çexiyanın rəqibi İspaniya olacaq.Serblərlə qarşılaşmada torpaq kortdan istifadı edən Çexiya komandası finalda daha sürətli örtük yerləşdirmək niyyətindədir.Final oyunu 16-18 noyabrda olacaq.Bu artıq Devis kubokunun 100-cü finalıdır.Qeyd edək ki, qızların buna bənzər turniri olan Federasiya kubokunun final oyunları da məhz bu arenada keçiriləcək.Həmin finalda rəqib Serbiya komandası olacaq.İlk dəfədir ki, komanda kuboklarının hər iki finalı eyni arenada keçirilir.
 

XƏBƏR LENTİ