Olimpiya çempionumuz çəkisini dəyişdi

Sayta qoyulub: 17:09 03.10.2012 (129 dəfə oxunub)

London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçi Toğrul Əsgərovun (60 kq) karyerasında ciddi dəyişiklik baş verib. Belə ki, Londonda çox inamlı təsir bağışlayan Əsgərov növbəti yarışlarda 60 kq çəki dərəcəsində mübarizə aparmayacaq.

Belə ki, o çəkisini artıraraq, 66 kiloqramda güləşəcək. 66 kiloqram çəki dərəcəsinin sabiq lideri Cəbrayıl Həsənov isə 74 kiloqramda Əşrəf Əliyevlə mübarizəyə girişəcək.

 

Qeyd edək ki, olimpiyaçılarımız artıq aktiv məşqlərə başlayıblar.


 

XƏBƏR LENTİ