Beş boksçumuz Avropa birinciliyində yarımfinala yüksəldi

Sayta qoyulub: 16:01 05.10.2012 (253 dəfə oxunub)

 

Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi davam edir.  Yarışda yarımfinalçıların adlarına aydınlıq gəlib. Milli komandamızın 5 üzvü yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özlərinə təmin ediblər. 38,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov çətinliklə də olsa ¼ finaldakı döyüşünü qələbə ilə başa vurub. Boksçumuzun Türkiyə nümayəndəsi Əli Rəsul Güloğlanla görüşü 8:8 hesabı ilə başa çatsa da, qələbə Azərbaycan idmançısına verilib.  Həsənov yarımfinalda yerli boksçu Aleksey Kisilyovla üz-üzə gələcək. Ümid Rüstəmov da (44,5 kq) adını yarımfinalçılar sırasına yazdırıb. Milli komandamızın üzvü ukraynalı Vladimir Pereginyakı 15:7 hesabı ilə məğlub edib.  Pərviz Quliyev (52 kq) ¼ final mərhələsini inamlı qalibiyyətlə keçib. Həmyerlimiz çexiyalı Mixal Bartuneki 2-ci raundda təslim olmağa məcbur edib. Quliyev finala gedən yolda Türkiyə atleti Heydər Ünlülərlə qarşılaşacaq. Hacı Dilbazov (65 kq) ¼ finalda ukraynalı Maksim Usenkodan güclü olduğunu sübut edib – 11:5. O, yarımfinalda İsrail boksçusu Adi İfraimovu məğlub etməyə çalışacaq. Məhhəməd Abdullayev (76+kq) isə İsrail təmsilçisi üzərində ¼ finalda qələbə qazanıb. Millimizin üzvü Xallil Bassalı rinqə çıxmağa peşman edib – 13:1. Ötən gün boksçularımızdan yalnız ikisi – Hümbət İmanov (41,5 kq) və  Sərxan Əliyev (46 kq)  məğlubiyyətlə üzləşiblər. İmanov  Rusiya təmsilçisi Nikita Piskunova, Əliyev isə irlandiyalı Oliver Makkartiyə uduzub. Bu gün Avropa birinciliyində yarımfinal döyüşləri keçiriləcək. Turnirə oktyabrın 6-da yekun vurulacaq.    <o:p></o:p>

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ