Platini Ukraynanın hazırlığını yoxlayacaq

Sayta qoyulub: 20:47 21.03.2012 (241 dəfə oxunub)

Platini Ukraynanın hazırlığını yoxlayacaq

UEFA prezidenti Mişel Platini aprelin 12-də Ukraynaya səfər edəcək. Burada UEFA nəzarət komitəsinin iclasını keçirəcək qurum rəhbəri Ukraynanın AVRO-2012-yə hazırlığını yoxlayacaq. İclasın Lvov şəhərində keçirilməsi gözlənilir. Platininin eyni zamanda Polşa paytaxtı Varşavaya da səfər edəcəyi gözlənilir. Burada o, şəhər aeroportunun yeni terminalının açılışında da iştirak edəcək.

XƏBƏR LENTİ