Emin Ağalarov tennis turnirinin açılış mərasimində çıxış etdi.

Sayta qoyulub: 21:40 10.10.2012 (354 dəfə oxunub)

Emin Ağalarov tennis turnirinin açılış mərasimində çıxış etdi.Azərbaycan müğənnisi Emin Ağalarov Lints turnirinin açılışına həsr edilmiş gecədə konsert proqramı ilə çıxış edib.

Məşhur müğənni təşkilatçılar tərəfindən dəvət edilmiş və qısa konsert proqramı ilə dünya tennis ulduzlarının və gecədə iştirak edən şəxslərin qarşısında çıxış edib.

Konserti izləyənlər arasında dünya lideri, Belarusiya təmsilçisi Viktoriya Azarenka da olub. Konsertdən sonra görüşən Azarenka və Ağalarov xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, Azarenkadan başqa turnirdə sabiq dünya lideri Ana İvanoviç (SRB) də çıxış edir.

XƏBƏR LENTİ