Federasiya kuboku uğrunda yarışlar başladı

Sayta qoyulub: 14:08 11.10.2012 (402 dəfə oxunub)

 

Oktyabrın 11-də Gəncə və Naftalan şəhərləri, eləcə də  Samux, Goranboy rayonlarının ərazisində çoxgünlü ötüşmələr üzrə velosipedçilərin Federasiya kubokuna start verilib. Çoxgünlü ötüşmələr üzrə Federasiya kubokunda velosipedçilər  dörd mərhələ olmaqla <st1:metricconverter productid="426 km" w:st="on">426 km</st1:metricconverter> məsafə qət edəcəklər.Yarışların 1-ci mərhələsində müxtəlif yaş qruplarından olan 50-dən çox idmançı fərdi və qrup şəklində mübarizəyə qoşulublar.

Çoxgünlü ötüşmələr üzrə velosipedçilərin Federasiya kubokunun ilk mərhələsi Samux rayonu ərazisində baş tutub. U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov birinci olub. Sənan Rəhimov ikinci Nurlan Həsənov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Elgün əlizadə bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Ruslan Həsənov isə üçüncü yerin sahib olub.  Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov finişə hamıdan tez çataraq birinci yeri tutub. Gürcüstan təmsilçisi Georgi Nadiradze ikinci Aqşin İsmayılov isə üçüncü olub.

Sabah yarışların ikinci mərhələsi keçiriləcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ