Taekvondoçularımız üçün 2 ciddi sınaq

Sayta qoyulub: 13:10 15.10.2012 (272 dəfə oxunub)

Azərbaycan taekvondoçuları növbəti yarışlar ərəfəsindədi. Taekvondo Federasiyasının məlumatına görə, böyüklər və parataekvondo üzrə seçmə komandanın üzvləri noyabrda beynəlxalq turnirlərə hazırlıqları davam etdirirlər.

Əvəz Tağıyevin rəhbərlik etdiyi parataekvondoçularımız noyabrın 22-də Arubanın Santa Kruz şəhərində lll Dünya çempionatına hazırlıqları İsmayıllı Olimpiya İdman Kompleksində keçirir. İlin son məsul yarışı üçün təlim-məşqlərə qatılan 20-dək idmançı ayın 22-də paytaxta dönəcək.

Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərlik etdiyi böyüklərdən ibarət heyət isə İsveçrənin Lozanna şəhərində G1 kateqoriyalı “Swiss Open” beynəlxalq turnirinə hazırlaşır. Olimpiya çəki dərəcələrində qarşıdakı yarışın məşqləri, Azərbaycan Taekvondo Federasiyasının idman zalında keçirilir. İsveçrənin açıq çempionatı noyabrın 10-11-də keçiriləcək. Hər 2 yarış iştirarkçılarının heyəti təlim-məşqlərin ardından açıqanacaq.

XƏBƏR LENTİ