Azərbaycan kuboku uğrunda yarışlar yekunlaşıb

Sayta qoyulub: 13:30 15.10.2012 (142 dəfə oxunub)

 

Gəncə və Naftalan şəhərləri, eləcə də Samux və Goranboy rayonlarının ərazilərində Azərbaycan Velosiped İdmanı Federasiyasının kuboku uğrunda çoxgünlük ötüşmələr üzrə yarışlar başa çatıb.  4 gün davam edən yarışlarda velosipedçilər dörd mərhələdə 426 km məsafə qət ediblər. Fərdi və qrup şəklində yarışlara müxtəlif yaş qruplarından olan 50-dək idmançı, eləcə də qonşu Gürcüstandan olan iki komanda qoşulub. Dörd mərhələnin nəticələrinə görə U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov qalib olub. Tural Xanmedov ikinci, Bakir Dadaşov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Ruslan Hüseynov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. Xosiauri Dimitriy (Gürcüstan) ikinci, Elgün Əlizadə isə üçüncü yerləri tutublar. Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov bütün mərhələlərdə hamıdan çox xal toplayaraq birinci yerə çıxıb. Aqşin İsmayılov ikinci, Gürcüstan təmsilçisi Georgi Nadiradze isə üçüncü olub.

XƏBƏR LENTİ