Bədii gimnastika üzrə Bakı çempionları müəyyən olunub

Sayta qoyulub: 19:56 15.10.2012 (103 dəfə oxunub)

 

80-dən artıq iştirakçı, paytaxtın 8 idman cəmiyyətinin gimnastları, altı qalib, Olimpiya İdman Kompleksinin faktiki olaraq dolu zalı. Oktyabrın 11-12-də keçirilən bədii gimnastika üzrə 19-cu Bakı çempionatının tam olmayan rəqəm siyahısı belədi.

Medallar uğrunda ən maraqlı mübarizə senior gimnastlar arasında gedib. Yuniorların qrup komandasında rəfiqə olan və birlikdə Avro-2011-də bürünc medal qazanan Lalə Yusifova və Aişə Mustafayeva çoxnövçülükdə ən yüksək mükafat uğrunda mübarizə aparıblar.

Nəticədə Yusifova Mustafayevanı üç balla, üçüncü olmuş Rəhimə Abdullayevanı isə 19 balla qabaqlayıb. Tamaşaçılar habelə yunior gimnastların "Günəş altında yer" uğrunda mübarizələrinin də şahidi olublar. 15 yaşlı Marina Durunda hətta gürzlərlə tapşırığı yerinə yetirərkən Mənsurə Bağıyevaya uduzmasına baxmayaraq, ona heç bir şans qoymayıb. Üçüncü yeri Yekaterina Prokopenko tutub.

2000-2001-ci il təvəllüdlü gimnastlar kateqoriyasında Jalə Piriyeva inamlı qələbə qazanıb. O, şəxsi birincilikdə Züleyxa İsmayılovanı qabaqlayıb. Üçüncü yerdə Ruqiyyə Səttarova qərarlaşıb. 2002-ci il təvəllüdlü idmançılar arasında Vəfa Həsənzadə birinci olub. İkinci və üçüncü yerləri Darya Sorokina və Ləman Hacıyeva bölüşüb.

Doqquz yaşlı idmançılar arasında birinci yeri Məryəm Səfərova, "gümüş"ü Ləman Hüseynova, "bürünc"ü isə Aydan Ağayeva qazanıb. Və nəhayət, 2004-cü il təvəllüdlü ən azyaşlı idmançılar arasında birinciliyi Lala Kramarenko qazanıb.

Bakının vitse-çempionu Arzu Cəlilova, bürünc medalın sahibi isə Zərnigar Əliyeva olub. Turnir ənənəvi qala-konsertlə, eləcə də bu il 80 yaşını qeyd edən Azərbaycan gimnastikasının veteranı, uzun müddət Bakı şəhər Gənclər və İdman Baş İdarəsində idmanın bu növünə nəzarət edən Ülkər Qasımovanın ünvanına təbriklərlə başa çatıb.

 

XƏBƏR LENTİ