Azərbaycan millisində yeni baş məşqçi

Sayta qoyulub: 19:02 16.10.2012 (317 dəfə oxunub)

 

Boks üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bundan sonra millimizi ukraynalı Vladimir Zolotaryov çalışdıracaq. Bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev də təsdiqləyib. Zolotaryov artıq yığmamızla Qəbələ toplanışındadı və komanda ilə tanış olur.  Zolotaryovla yarım illik müqavilə imzalanıb. Onun köməkçisi isə Nəriman Abdullayev olacaq. Hansı ki, Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarında məhz onun rəhbərliyi altında çıxış edib və 2 bürünc medal qazanıb.

Zolotaryova gəlincə, 60 yaşlı mütəxəssis ölkəmizə gələnədək Ukraynanın gənclərdən ibarət yığmasının baş məşqçisi olub. Lakin o, daha çox dünyaca məşhur Vladimir və Vitali Kliçko qardaşlarının ilk məşqçisi kimi tanınır. Məhz Zolotaryovun rəhbərliyi altında Vladimir Kliçko 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

XƏBƏR LENTİ