"İpək yolu" turniri "İdman Azərbaycan"da!

Sayta qoyulub: 10:56 06.03.2012 (249 dəfə oxunub)

"İpək yolu" turniri "İdman Azərbaycan"da!

Bu gün Bakıda sayca 5-ci  “Böyük İpək Yolu” boks turniri başlayacaq.  Ənənəvi yarışda Azərbaycan idmançıları ilə yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə, Hindistan, Moldova və Qatar komandaları iştirak edəcəklər. Boksçularımız yarışda geniş tərkibli heyətlə mübarizə aparacaqlar. Belə ki, millimizin 1-ci və 2-ci nömrələri ilə yanaşı, gənclər arasında ölkə birinciliyində fərqlənmiş bəzi boksçular da rinqə çıxacaqlar. Martın 9-a kimi davam edəcək turnirdə London Olimpiadasına lisenziya qazanmış dəri əlcək ustalarımız da güclərini sınayacaqlar.Gələn ay Trabzonda keçiriləcək Olimpiya oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinə yollanacaq heyət məhz “Böyük İpək Yolu” yarışından sonra məlum olacaq. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq yarış saat 15-20 dən etibarən İdman Azərbaycan telekanalı ilə canlı yayımlanacaq.

XƏBƏR LENTİ