Bakıda itlərin döyüşü keçiriləcək.

Sayta qoyulub: 14:32 18.10.2012 (374 dəfə oxunub)

Azərbaycan Respublikası Kinologiya İttifaqı Makedoniya və Özbəkistan respublikalarının kinologiya federasiyaları ilə birgə oktyabrın 19-dan 21-dək Bakıda “CASPIAN SEA WINNER 2012” adlı kinoloji festival-sərgi keçirəcəkdir.
Sərginin təşkilatçısı olan Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyi (ARKİB) 2001-ci ildən fəaliyyətə başlamışdır və hazırda ölkədə İctimai Birlik statusunu almış yeganə kinologiya cəmiyyətidir. 
ARKİB-dən AzərTAc-a bildirmişlər ki, sərgidə 50 müxtəlif cinsdən olan 130-dan çox it nümayiş etdiriləcəkdir.
Festival-sərgidə “Akita-Inu”, “Malteze, Bishon”, “Frize” və Azərbaycanda nadir cinslər hesab edilən digər itlər də nümayiş olunacaqdır.
Çexiya, Makedoniya, Ukrayna, Belarus və Azərbaycandan olan ekspertlərin hakimlik edəcəkləri festival-sərgidə “dördayaqlı idmançılarımız” Makedoniya, Özbəkistan, Azərbaycan və beynəlxalq çempionlar titulları uğrunda yarışacaqlar.
Sərginin nəticələrinə əsasən, 2012-ci ilin payız mövsümünün ən yaxşı iti seçiləcəkdir.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ