Yeniyetmə və gənclərin Respublika seçim turnirlərinin final mərhələsi başlayır

Sayta qoyulub: 12:38 19.10.2012 (132 dəfə oxunub)

 

21-23 oktyabr 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 24-25-də isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək.

Yarışların proqramına əsasən, oktyabrın 20-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində saat 15.30-da güləşçilərin çəki prosesi həyata keçiriləcək.  Turnirin rəsmi açılış mərasimi oktyabrın 21-də, saat 17.00-da gerçəkləşəcək. 

Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək.  İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar. 

Proqram 

21 oktyabr 

42, 46, 50, 54, 58, 63 və 69 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

22 oktyabr 

76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

42, 46, 50, 54, 58, 63 və 69 kq sərbəst güləş üzrə yeniyetmələr

23 oktyabr 

76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr

38, 40, 43, 46, 49, 52, 56, 60, 65 və 70 kq yeniyetmə qızlar

24 sentyabr 

50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər

25 sentyabr 

50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

XƏBƏR LENTİ