Rabitə dünyada 2-ci oldu

Sayta qoyulub: 18:05 19.10.2012 (140 dəfə oxunub)

Qətərin paytaxtı Dohada təşkil olunan qadın voleybolçular arasından klublararası dünya çempionatına yekun vurulub. Azərbaycan çempionu "Rabitə" Braziliyanın "Sollis Osasco" klubuna finalda məğlub olub və gümüş medalla kifayətlənməli olub.
 
Bu gün həm də üçüncü yer uğrunda Puerto-Rikanın “Lancheras de Catano” klubu Türkiyə "Fenerbahçe"si ilə üz-üzə gəlib.
 
Klublararası dünya çempionatı
19 oktyabr
 
Üçüncü yer uğrunda
Lancheras de Catano – Fenerbahçe - 0:3 (16:25, 17:25, 17:25)
 
Final
Sollis Osasco - Rabitə - 3:0 (25:16, 25:14, 25:17)

XƏBƏR LENTİ