Martın 24-ündə Novxanı qəsəbəsindəki “Sərhədçi atçılıq mərkəzi”nin örtülü manejində Atçılığın konkur növü üzrə Azərbaycan çempionatına start veriləcək.

Sayta qoyulub: 12:03 23.03.2012 (477 dəfə oxunub)

Martın 24-ündə Novxanı qəsəbəsindəki “Sərhədçi atçılıq mərkəzi”nin örtülü manejində Atçılığın konkur növü üzrə Azərbaycan çempionatına start veriləcək.

Martın 24-ündə Novxanı qəsəbəsindəki “Sərhədçi atçılıq mərkəzi”nin örtülü manejində Atçılığın konkur növü üzrə Azərbaycan çempionatına start veriləcək. Yarış  2 kateqoriya üzrə, 6-7 yaş arası və ondan böyük atlarla keçiriləcək. Reqlamentə əsasən Azərbaycan çempionatında digər dövlətlərdən olan idmançılar da qüvvələrini sınaya biləcəklər. (Türkiyə, Gürcüstan və Polşa) Bu səbədən də, ən yaxşı nəticə göstərmiş yerli idmançı birinci yeri tutmayacağı halda belə, Azərbaycan çempionu hesab olunacaq. Martın 26-na qədər davam edəcək yarışlar hər gün saat 11-də başlayacaq. (3-gün) Atçılığın Konkur növü üzrə Azərbaycan çempionatını Türkiyə və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcəklər. Yarışda fərqlənəcək idmançılar pul mükafatı ilə yanaşı, Atçılığın Konkur növü üzrə dünya sıralamsı üçün reytinq xalları da qazanacaqlar. (Ən yüksək - 30 xal)

XƏBƏR LENTİ