Boksçularımız Ermənistana gedəcək?

Sayta qoyulub: 14:53 24.10.2012 (292 dəfə oxunub)

 

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası noyabrın 25-dən dekabrın 8-nə kimi Ermənistanın paytaxtı İrəvanda keçiriləcək dünya birinciliyində iştirak edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının bu yarışda iştirak edib-etməyəcəyi bəlli deyildi. Lakin Azərbaycan Boks Federasiyası sözügedən mundialda iştirak etmək istəyir. Qurum hazırda Ermənistan tərəfindən yığmamızın məlum təhlükəsizliyi ilə bağlı zəmanət gözləyir.
Azərbaycan boskçuları İrəvana getsə, güclü təhlükəsizlik tədbirlərinin görülməsi planlaşdırılır. Mümkündü ki, komandamız ayrıca oteldə saxlanılsın.
 Maraq üçün xatırladaq ki, bir neçə il öncə İrəvanda gənclərdən ibarət cüdo üzrə Azərbaycan yığması da Avropa çempionatında qüvvəsini sınamışdı. Həmin vaxt yığmamız bir qızıl, bir gümüş və üç bürünc medal qazanmışdı.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ