Naftalanda Fransa və Azərbaycan güləşçiləri qarşılaşacaq

Sayta qoyulub: 16:38 24.10.2012 (205 dəfə oxunub)

 

Azərbaycanın Naftalan və Fransanın Lege şəhərlərinin güləşçiləri arasında yoldaşlıq görüşü olacaq. Bu məqsədlə fransız güləşçilər oktyabrın 30-da ölkəmizə gələcəklər. Noyabrın 4-dək Azərbaycanda olacaq qonaqlar səfər çərçivəsində Bakı, Gəncə, Şəki, Göyçay və Naftalan şəhərlərində olacaqlar. Proqrama əsasən, iki qardaşlaşmış şəhərin idmançıları arasında yoldaşlıq görüşü noyabrın 1-də keçiriləcək.
Qeyd edək ki, fransalı idmançılar noyabrın 2-də Şəkidə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, həmyerlimiz Əhmədiyyə Cəbrayılovun məzarını ziyarət edəcək, ertəsi gün isə Göyçayda “Nar bayramı”nda da iştirak edəcəklər.
Gələn ilin may ayında isə Naftalan idmançılarının Fransaya səfəri gözlənilir.

XƏBƏR LENTİ